Arvadının saçını qırxıb, qulağını kəsən ər danışdı
02 oktyabr 2013 09:19 (UTC +04:00)

Arvadının saçını qırxıb, qulağını kəsən ər danışdı

Astara rayonunda həyat yoldaşına dəhşətli işgəncələr verərək onun saçını qırxan, qulağını kəsən ər danışıb. Ans pressin-in bölgə müxbirinin məlumatına görə, Nisə Xəlilovanın qayınanası gəlininin üzük söhbətindən sonra döyülməsinin iftira olduğunu deyib.

 

 

Hadisəni törədən Çingiz Mehdiyev isə arvadının ona xəyanət etdiyini və davanın da bunun üstündə düşdüyünü iddia edib. Çingizin sözlərinə görə, hadisə baş verən gecə saat 4-də həyat yoldaşını dostunun maşınından düşərkən görəndə əsəblərinə hakim ola bilməyib. “Qeyrətimə və uşaqlarıma görə etdim bunu. Uşaqlarıma görə peşmanam, ancaq onun üçün yox. Elə qadın ölməli idi. Yaşamamalıdır həyatda. İki balasına, ərinə xəyanət edib ”. 

Xatırladaq ki, əri tərəfindən amansız işgəncələrdən sonra vəhşicəsinə döyülən N.Xəlilova yaxınları tərəfindən vaxtında xəstəxanaya çatdırılması nəticəsində həyatını xilas etmək mümkün olsa da, aldığı psixoloji gərginlik çətin ki, unudula. 

Yaxınlarının bildirdiyinə görə, 9 ilin gəlini, 28 yaşlı Nisə həyat yoldaşı tərəfindən mütəmadi olaraq zorakılıq hərəkətlərinə məruz qalıb. Döyülüb, söyülüb, atası evinə yola salınıb. Amma gəlin ailəsini dağıtmamaq, 2 uşağını atasız qoymamaq xətrinə bütün bunlara dözüb.

Baş verən hadisə bağlı zərərçəkən tərəfin Astara rayon polis şöbəsinə müraciətindən sonra başlanan cinayət işi hazırda Astara Rayon Prokurorluğuna verilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7297
avatar

Oxşar yazılar