Arvadını qətlə yetirən şəxsin istintaqı başa çatdı
Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Rövşən Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, qətl bu il yanvarın 11-də Nəsimi rayonunda baş verib. Masallı rayon sakini, 38 yaşlı Rövşən Dadaşov yaşadığı evdə həyat yoldaşı, 31 yaşlı Aidə Dadaşovanın başına küt alətlə vuraraq onu qətlə yetirib. R.Dadaşov tutulub.
Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.
313