Sabirabad Rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, 1958 ci il təvəllüdlü Qismət Əlibala oğlu Əliyevin meyiti Kür çayının Şirvan şəhərindən keçən hissəsində tapılıb. Q. Əliyevin intihar etdiyi güman edilir.
Qeyd edək ki, Q.Əliyev iki gün öncə Sabirabad rayonunun Ətçələr kəndində həyat yoldaşı, 1958-ci il təvəllüdlü Sevil Vəli qızı Əliyevanı bıçaqlayaraq qətlə yetirib.