Arif Yunus hələ də xəstəxanadadır
29 aprel 2014 16:56 (UTC +04:00)

Arif Yunus hələ də xəstəxanadadır

0

1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Arif Yunusun xəstəxanadan nə vaxt buraxılacağı bilinmir.

 

Bu barədə APA-ya a xəstəxananın reanimasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, A. Yunus hələ də reanimasiya şöbəsindədir, palataya köçürülməyib. Onun vəziyyətinin yaxşı olduğu bildirilib.

 

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı A. Yunusun aeroportda saxlanıldıqdan sonra vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 972

Oxşar yazılar