“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin rəisi Elnur Aslanovun Milli Təhlükəsizlik Nazirliyində dindirilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Bunu APA-nın sorğusuna cavab olaraq Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib.
Onun sözlərinə görə, E. Aslanovun MTN-də 6 saat ifadə verməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur.
Qeyd edək ki, bəzi KİV-də E. Aslanov MTN-də altı saat ərzində dindirilməsi barədə məlumat yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, dindirilmə zamanı E. Aslanov nurçu-fətullahçı şəbəkəsi ilə bağlı bütün bilgilərini bölüşüb. E. Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlanıb.