APA-nın “İnterfax”a istinadən xəbərinə görə, sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və “Rosneft”in rəhbəri İqor Seçin imzalayıblar.
Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib ki, söhbət qarşılıqlı neft tədarükü və nəqlindən gedir.