Aqil Abbas 30-cu bölmədəki hadisədən danışdı: <span style="color:red;">“Oğlum danlayıb, vurmayıb”
11 mart 2014 17:15 (UTC +04:00)

Aqil Abbas 30-cu bölmədəki hadisədən danışdı: “Oğlum danlayıb, vurmayıb”

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasovla həmin bölmənin işçisi, polis mayoru Bağır Səlimov arasında dava düşüb.  Lent.az-ın məlumatına görə, bu barədə “qafqazinfo”ya adıçəkilən bölmənin əməkdaşları xəbər veriblər. Onlar bildiriblər ki, davanın baş verməsinə səbəb Bağır Səlimovun Suraxanı rayon Polis İdarəsinin rəisi Təhmasib İbrahimovun qəbuluna öz rəisi Tuncay Abbasovdan xəbərsiz  getməsi olub.  Qəbuldan çıxandan sonra Tuncay Abbasov Bağır Səlimovu döyüb. Hadisə kameraların yaddaşına da düşüb. Tuncay Abbasov hadisənin bilinməməsi üçün şahidlərdən xahişlər edib.

 

Hadisənin şahidləri deyir ki, döyülən Bağır Səlimov Qarabağ müharibəsi veteranıdır. Sayt Bağır Səlimovla da əlaqə saxlayıb. Lakin mayor hadisənin baş verdiyini təsdiqləsə də, bu barədə nazirliyin araşdırmasından sonra danışacağını deyib: “Tuncay Abbasov özünü çox böyük aparır. Heç kimi saya salmır. Deyir ki, mən nazirin qucağında böyümüşəm. Mənə kimsə nəsə edə bilməz. Nazirliyə də müraciət etmişəm. Hadisə araşdırılır. Bizim tabe olduğumuz nazirlik var və mən şikayətimi etmişəm. Məsələnin də obyektiv araşdırılacağını inanıram” 

Qeyd edək ki, sözügedən bölmənin rəisi Tuncay Abbasov Milli Məclisin deputatı Aqil Abbasla , “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın oğlu, Məmməd Arazın nəvəsidir.

 

***

Məsələyə Aqil Abbas da münasibət bildirib. O, aznews.az-a açıqlamasında oğlu Tuncayın həmin şəxsi döydüyünü deyil, sadəcə dalaşdığını bildirib:“Düzdür, eşitdiyimə görə onların aralarında mübahisə olub. Onu danlayıb. Amma o yazılanların biri də həqiqətə uyğun deyil”. 

Onun sözlərinə görə, iş prosesində belə hadisələr hər gün baş verə bilər: “ İş prosesidir, mübahisə düşməsi normal şeylərdir. Amma döymək məsələsi kökündən yalandır. Mənim oğlum adam döyəndi? Onu yazanlar zəng vurub həmin rayonun polis bölməsindən öyrənə bilərlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2023
avatar

Oxşar yazılar