Aptek müdirinin işi məhkəməyə göndərildi
Bakıda aptekdə psixotrop maddə satmaqda təqsirləndirilən “Vidal” aptekinin rəhbəri Xuraman Mustafayeva və onunla birgə ittiham olunan Xalid Mustafayev, Akif Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, Bakı şəhər sakini Xuraman Mustafayeva özünə məxsus “Vidal” aptekində psixotrop maddələr qrupuna aid olan “Rivatril” dərman preparatını satarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Aptekə baxış zamanı 270 həb “Rivotril" və 60 ədəd “Fenibut” dərman preparatı aşkar edilərək götürülüb. Araşdırmalar zamanı Xalid Mustafayev, Akif Ağayev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ittiham verilib.
430