<b>APA-nın əməkdaşının evini yaranlar hələ də tutulmayıb</b>
29 iyun 2016 18:01 (UTC +04:00)

APA-nın əməkdaşının evini yaranlar hələ də tutulmayıb

0

Hadisədən 40 gündən artıq vaxt keçməsinə baxmayaraq APA İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun kirayədə yaşadığı mənzili qarət edən şəxs və ya şəxslər hələ tutulmayıb. Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Elçin Mehdiyev Lent.az-a bildirib ki, hazırda iş üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir: “Baş vermiş oğurluq hadisəsi ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparlılır. Lakin hələlik hadisənin üstü açılmayıb. Biz də çalışırıq ki, baş vermiş oğurluq hadisəsi tezliklə açılsın və hadisəni törədən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunsun”.

 

 

 

Bu arada məlum cinayətlə bağlı başlanmış cinayət işi qanunvericilikdə edilmiş dəyişikliyin tələbi ilə Cinayət Məcəlləsinin 177.2.3-ci (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə tövsif edilib.

 

Qeyd edək ki, məlum oğurluq hadisəsi mayın 17-də qeydə alınıb. APA-nın əməkdaşı Mübariz Aslanovun kirayədə yaşadığı Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

 

Hadisə baş verən vaxt evdə heç kim olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar