ANS-in işçisi ağır qəzaya düşdü
05 may 2014 11:11 (UTC +04:00)

ANS-in işçisi ağır qəzaya düşdü

0

Bakıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Paytaxtın Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb.

 

Polad Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarında olan maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 1990-cı il təvəllüdlü Əlibala Hacıyev və həyat yoldaşı Bahar Hacıyeva ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

 

Qeyd edək ki, P. Orucov ANS telekanalında operator işləyir. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1566

Oxşar yazılar