Ankara polisi “sosial şəbəkə ovçu”larını həbs edib
Ankara polisi sosial şəbəkələrdə qadınların dələduzluq yolu ilə əks cinsi maddi zərərə məruz qoymasına dair kütləvi “ovçu qız” əməliyyatına start verib.
APA-nın yerli bürosunun məlumatına görə, əməliyyat prosesində 28-i qadın Olmaqla, saxlanılan 99 şübhəlidən 8-i azad edilib.
36 nəfər ciddi nəzarətə götürülüb, 3 nəfər ev dustaqlığına cəlb edilib, 52 nəfər isə həbs olunub.
Əməliyyat-axtarış tədbirləri zərərçəkənlərin şikayətindən sonra həyata keçirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə “ovçu” qadınlar əks cinsin nümayəndələrini aldadaraq onlarla görüş təyin edirmiş. Sonra “şikarlarına” silahla hədə-qorxu gələrək bankdan hesablarında olan pulları çıxarıb onlara verilməsi tələb edilirmiş.
530