Afina Universitetinə hücum edən şəxslər barəsində məhkəmə prosesini işıqlandıran jurnalistlər anarxistlərin hücumuna məruz qalıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Yunanıstan polisi aprelin 17-də bir həftə əvvəl Afina Universitetinə hücum edərək binanı ələ keçirən anarxist təşkilatların 14 üzvünü saxlayıb. Həbs edilən şəxslərin məhkəmə prosesi aprelin 18-nə təyin olunmuşdu. Proses geniş rezonansa səbəb olub.
Tərəfdarlarını dəstəkləməyə gəlmiş yüzlərlə anarxist polis əməkdaşlarının qarşısında jurnalistlərə hücum edib.
Yunanıstan Jurnalistlər Birliyi hücumu pisləyib və həmkarlarının təhlükəsizliyinin təmin edilməsini tələb edib.
“Hücuma sadəcə həmkarlarımız yox, ümumilikdə, KİV və söz azadlığı məruz qalıb”, deyə Jurnalistlər Birliyinin rəhbəri hadisəni şərh edərkən qeyd edib.