Anar Nağılbaz növbəti dəfə ifadə verib
10 fevral 2015 13:14 (UTC +04:00)

Anar Nağılbaz növbəti dəfə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən hüquq müdafiəçisi hakim və dövlət ittihamçısının suallarını cavablandırıb. O, ona qarşı qaldırılan bütün ittihamları rədd edərək, özünü təqsirli bilməyib. Zərərçəkmiş şəxs qismində ifadə verən Anar Nağılbaz Rəsul Cəfərovla cəmi bir layihədə çıxış etdiyini və xidməti müqabilində əmək haqqı aldığını bildirib. A.Nağılbaz özünü zərərçəkmiş hesab etmədiyini deyib.

 

Məhkəmə prosesi günün 2-ci yarısında davam edəcək

 

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Səlcuq Elçin

Oxşar yazılar