Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin ölkədən kənara çıxmasına qadağa qoyulub.
Lent.az-ın gozetci.az-a istinadən xəbərinə görə, Məmmədli deyib ki, bu barədə bu gün ona Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsindən bildiriblər.
A.Məmmədli bildirib ki, noyabrın 27-29-da Vilnusda keçiriləcək Avropa Birliyi və Şərq Tərəfdaşlıq ölkələri sammitində iştirak edə bilməyəcək: “Bu gün zəng edib bildirdilər ki, ölkə sərhədlərini tərk edə bilmərəm və bu qadağa ən azı istintaqın sonunadək davam edəcək”.