AMEA Gəncə Elmi Bölməsinin ştat sayı müəyyən olunub
23 oktyabr 2013 10:39 (UTC +04:00)

AMEA Gəncə Elmi Bölməsinin ştat sayı müəyyən olunub

Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin bəzi məsələləri haqqında qərar qəbul edib. NK-dan Lent.az-a verilən məlumata görə, qərarda qeyd edilib ki, ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin işçilərinin ştat sayı 312 vahid müəyyən edilib.

 

Maliyyə Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb ki, AMEA Gəncə bölməsinin və onun tərkibində yaradılmış Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun fəaliyyəti üçün tələb olunan xərclərin maliyyələşdirilməsini Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Elm" köməkçi bölməsinin müvafiq paraqrafında Azərbaycan Milli Elmlər Akademiyası üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin etsinlər.

Azərbaycan Milli Elmlər Akademiyasına və Gəncə Şəhər İcra Hakimiyyətinə aidiyyəti dövlət orqanları ilə birlikdə AMEA Gəncə bölməsinin fəaliyyətinin təşkili üçün lazımi tədbirlər həyata keçirmək və bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

# 814
avatar

Oxşar yazılar