Allah şəfa versin,Nicat Dağlar
26 iyul 2013 04:15 (UTC +04:00)

Allah şəfa versin,Nicat Dağlar

Bu gün Teleqraf.az saytının baş redaktoru Nicat Dağlar  Almaniyaya yola düşüb. Heydər Əliyev adın  Beynəlxalq Hava Limanında jurnalistin ailə üzvləri və dostlarıyla yanaşı Lent.az-ın əməkdaşı da olub.

Nicat Dağlar əməkdaşımıza müsahibəsində bildirib ki, şükür Allaha , hazırda qəbul etdiyim müalicə kursu müsbət nəticə verir: “Artıq ayağa qalxıram, gəzə bilirəm. İlk günlərə nisbətən səhhətimdə xeyli irəliləyiş var. Gürcüstanda olanda həkimlər Almaniyada  qan xəstəlikləri üzrə ixtisaslaşmış klinikanın olduğunu və müalicənin çox vəsait tələb etdiyini demişdi.

Təbii ki, o zaman Almaniyada müalicə mənə mümkünsüz gəlirdi. Lakin dövlət başçısının göstərişi mənim mümkünsüz saydıqlarımı reallığa çevirdi. Budur, gördüyünüz kimi hava limanındayam və bir qədərdən sonra yola düşürük. Mən bir daha cənab prezidentə çox sağ ol deyirəm. Mənə dəstək verən bütün həmkarlarıma, dostlarıma, media qurumlarına millət vəkillərinə, ictimaiyyət nümayəndələrinə təşəkkürümü bildirirəm. İnanıram ki, sağalacam və yenidən öz sevdiyim jurnalist fəaliyyətimi davam etdirəcəyəm”.

 

N. Dağların körpə uşaqları olduğuna görə, həyat yoldaşı onunla birgə Almaniyaya gedə bilmir. Jurnalisti qohumu Məqsəd Rəhimov müşayiət edir.

M. Rəhimovun sözlərinə əsasən, onlar Bakı vaxtı ilə 04:15 Lüfthansa aviarelsi ilə Almaniyanın Frankfurt şəhərinə yola düşəcəklər: “Almaniya vaxtı ilə səhər saat 6:10-da Frankfurt  hava limanında bizi Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndəsi qarşılayacaq. Ondan sonra əvvəlcədən nəzərdə tutulmuş mehmanxanaya yollanacağıq”.

 

Qeyd edək ki, N. Dağlar leykoz xəstəliyindən əziyyət çəkir. Jurnalist dövlət başçısnın göstərişi ilə Almaniyada qan xəstəlikləri üzrə ixtisaslaşmış klinakda dövlət hesabına müalicə olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2159
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar