Allah kimləri lənətləyir? Cadu ilə kimisə lənətləmək olarmı? Cadu varmı?
04 mart 2016 16:51 (UTC +04:00)

Allah kimləri lənətləyir? Cadu ilə kimisə lənətləmək olarmı? Cadu varmı?

İnsan “lənət olsun” deyə bilərmi?

 “ “Lənət” ərəb sözüdür. Dilimizə tərcümədə məhrum olmaq, qovulmaq kimi mənaları verir”. APA TV-nin məlumatına görə, bunu Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, lənəti iki mənada izah etmək olar: “Bir Allahın lənəti var, bir də insanların. Bunlar fərqli mənaları kəsb edir. Öncə Allahın lənətinə aydınlıq gətirək. Allahın lənət etməsi bildiyimiz bəd dua deyil, bu Allahın mərhəmətindən uzaq olmaq mənasını ifadə edir. Məsələn, “Bəqərə” surəsinin 161-ci ayəsində belə buyrulur:  “Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!” Bu o deməkdir ki, yəni kafirlər Allahın mərhəmətindən uzaqdırlar”.

A.Şirinov qeyd etdi ki, Allah “Qurani-Kərim”də bir qisim insanları əməllərinə görə lənətləyir: “Bunlar hansı əməllərdir? Allahın əmrlərini pozan, Yer üzündə fitnə-fəsad törədən, qul haqqı kimi qəbul etdiyimiz insan haqlarını tapdalayan və s. kimi əməlləri edən kəslər lənətlənir. Əgər bu günahkarlar dünyada ikən tövbə etməzlərsə, bağışlanmayacaqlar. Lakin islam mərhəmət dinidir. Dinimizə görə, etdiyi əməldən peşman olan hər kəsə tövbə qapısı açıqdır. Günahın dərəcəsindən asılı olmayaraq, hər kəs tövbə edə bilər”.

İlahiyyatçının sözlərinə görə, hətta islamda ən ağır günahlardan sayılan şirkin də töbvəsi var: “ Yetər ki, qul səmimi olaraq peşman olsun və haqq yoluna dönsün. Mövlana Cəlaləddin Ruminin məşhur bir sözü var: “Min dəfə tövbəni pozsan, yenə  gəl”. Müsəlman dəfələrlə tövbə edə bilər. Allah mərhəmətlilərin ən mərhəmətlisidir. “Qurani Kərim”də “Tövbə”  surəsi istisna olmaqla, qalan bütün surələr Allahın iki mərhəmət atrubutu- rəhman və rəhim adları ilə başlayır. Başqa ayələrdə isə Allah bildirir ki, mənim rəhmətimdən ümidinizi kəsməyin”.

A.Şirinov əlavə etdi ki, Allahın lənətlədiyi kəslərə insanlar lənət deyə bilməz: “ Bu Allahın sözüdür. Biz hər qarşımıza çıxana lənət oxumamalıyıq. Ümumiyyətlə, islamda insanın lənət deməsi tövsiyyə olunmur. Peyğəmbərimizdən rəvayət olunan bir hədisdə belə buyrulur: “ Mömin çox lənət edən olmaz”. Bu ədəb baxımından da doğru sayılmır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21