Akif Muradverdiyevin apellyasiya şikayəti təmin olunmadı
27 iyun 2013 18:54 (UTC +04:00)

Akif Muradverdiyevin apellyasiya şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilən Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyevin şikayətlərinə baxılıb.


Təqsirləndirilən şəxsin vəkili Fuad Ağayev APA-ya bildirib ki, A. Muradverdiyevin həbsi barədə qərardan verilən apellyasiya şikayəti təmin olunmayıb.  

 

Bakı Apellyasiya Məhkəməsi həmçinin A. Muradverdiyevin yaşadığı evdə axtarış aparılması ilə bağlı məhkəmə qərarından verilmiş apellyasiya şikayətini də təmin etməyib.

Qeyd edək ki, Muradverdiyev Akif Şəmsəddin oğlu 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.

Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557
avatar

Oxşar yazılar