Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov saxlandığı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb.
Lent.az-ın məlumatına görə, general Akif Çovdarov keçmiş hüquq-mühafizə orqanların əməkdaşları üçün nəzərdə tutulan 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.