Aeroportda ov bıçaqları aşkarlandı
10 oktyabr 2014 18:40 (UTC +04:00)

Aeroportda ov bıçaqları aşkarlandı

Dövlət Gömrük Komitəsi əməkdaşları tərəfindən soyuq silahın ölkəmizə keçirilməsinin qarşısı alınıb. Lent.az-ın komitənin saytına istinadən məlumatına görə, Doha-Bakı aviareysi ilə Heydər Əli­yev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Ra­miz Hüseynovun baqajına gömrük baxışı zamanı ov bıçaqları qeydə alınıb. 


R.Hüseynovun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilərkən mo­nitorda bıçaq təsvirləri əks olunub. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları baqaja təkrar ba­xış keçirib. Nəticədə ona məx­sus çamadandan gömrük nəzarətinə təq­dim edilməyən 2 ədəd bıçaq aşkar olunub. 


Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, 2 ədəd bıçaq  zavod üsulu ilə istehsal edilib, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçaqlarıdır, soyuq silah hesab edilir və istifadəyə yararlıdır. 
 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar