Ailə faciəsi: üç qardaşdan ikisi öldü, birinin vəziyyəti ağırdır - <span style="color:red;">YENİLƏNİB
19 may 2014 10:58 (UTC +04:00)

Ailə faciəsi: üç qardaşdan ikisi öldü, birinin vəziyyəti ağırdır - YENİLƏNİB

Ötən gün Cəlilabad rayonunun Uzuntəpə kəndində evlərinin həyətindəki su quyusunda təmir apararkən zəhərlənərək Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilmiş iki qardaşdan biri - Rasim Əsədov gecə saatlarında dünyasını dəyişib.


 

Bu barədə APA-nın cənub bürosuna Cəlilabad MRX-dan məlumat verilib.

 

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

***

00.25

Cəlilabadda ailə  faciəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 18-də günorta saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.

 

Kənd sakini Əliqismət Əsədova məxsus evin həyətindəki ərazidə olan su quyusunda onun üç oğlu təmir işi aparan zaman elə quyunun içindəcə huşların itiriblər.

 

Qonşuların və ev sakinlərinin səyi ilə  Fərux və Rasim Əsədovlar quyudan hüşsuz vəziyyətdə çıxarılıblar. Onlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə çatdırılıblar. Xəstəxanadan bildirilib ki, Əsədobların vəziyyəti hələlik ağır qiymətləndirilir.

 

Hadisə yerində dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xiasedicilər 1986-cı il təvəllüdlü Bayram Əliqismət oğlu Əsədovun meyitini quyudan çıxarıblar.

 

Məlumata görə, quyudakı su nasosu işlək vəziyyətdə olarkən qardaşlar orda təmir işləri apararaq, quyunu dərinləşdirmək istəyiblər. İlkin ehtimala görə, su nasosundan  ayrılan dəm qazı qardaşların zəhərlənməsinə səbəb olub. Hadisənin dəqiq səbəbi ekspertizanın rəyindən sonra bəlli olacaq.

 

 

Fakrla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılr.

 

# 10271
avatar

Oxşar yazılar