Ailə faciəsi: 10 yaşlı uşaq və əmisi cərəyan vurmasından öldü
02 sentyabr 2013 18:41 (UTC +04:00)

Ailə faciəsi: 10 yaşlı uşaq və əmisi cərəyan vurmasından öldü

Bakıda faciəli hadisə baş verib.


 

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən “Arzu” düşərgəsində qeydə alınıb.

 

Orada məskunlaşan, Cəbrayıl rayonundan olan məcburi köçkün 10 yaşlı Kənan Fərhadov həyətdə oynayarkən elektrik naqilinə toxunub. Nəticədə onu cərəyan vuraraq öldürüb. Bu zaman azyaşlının əmisi, 23 yaşlı Habil Fərhadov onu xilas etmək istəyərkən onu da cərəyan vuraraq öldürüb.

 

Hadisə yerinə Xəzər rayon Prokurorluğunun əməkdaşları gəlib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1887
avatar

Oxşar yazılar