Ahıl ər-arvadı amansızlıqla öldürdülər - <span style="color:red;">YENİLƏNİB
29 aprel 2014 15:21 (UTC +04:00)

Ahıl ər-arvadı amansızlıqla öldürdülər - YENİLƏNİB

Salyan rayonunda dəhşətli qətl törədilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.

 

Kənd sakinləri, 1939-cu il təvəllüdlü Zəkulla Nəzər oğlu Rəcəbov və onun həyat yoldaşı, 1940-cı il təvəllüdlü Gülnarə Emrul qızı Rəcəbovanın yaşadıqları evdə qətlə yetirilmiş meyitləri tapılıb.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

# 2103
avatar

Oxşar yazılar