Ağsuda dağlıq ərazi yanır
25 iyul 2019 12:30 (UTC +04:00)

Ağsuda dağlıq ərazi yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ağsu rayonunun Keşdiməz kəndi ərazisində, dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
 
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərər görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, dağlıq ərazidə 10 ha sahədə quru ot və kol-kos yanır.
 
Hazırda yanğının söndürülməsi istiqaməti üzrə işlər davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740
avatar

Oxşar yazılar