Arvadını öldürənlə bağlı <span style="color:red;">YENİ QƏRAR
30 iyul 2019 09:47 (UTC +04:00)

Arvadını öldürənlə bağlı YENİ QƏRAR

Bakı Apelyasiya Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən İlkin Abdullayevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 
 
APA-nın məlumatına görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 
Qərara əsasən, İ. Abdullayevin apelyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. 
 
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Bakının Xətai rayonunda 24 yaşlı Səriyyə Abdullayevanı yaşadığı evdə keçmiş həyat yoldaşı, 27 yaşlı İ. Abdullayev bıçaqlayaraq qətlə yetirib.  
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Abdullayev 18 il azadlıqdan məhrum edilib. 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595
avatar

Oxşar yazılar