Məcburi köçkün şəhərciyində partlayışda bir nəfər yüngül yaralanıb
26 noyabr 2015 19:30 (UTC +04:00)

Məcburi köçkün şəhərciyində partlayışda bir nəfər yüngül yaralanıb

Fövqəladə Hallar Nazirliyindən (FHN) Ağdam rayonunun Səfərli qəsəbəsində yaşayış evində partlayış baş verməsi barədə məlumatlara münasibət bildirilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam rayon Səfərli qəsəbəsində yerləşən məcburi köçkün şəhərciyində qaz sızmasından bir evdə zəif partlayış olub.

 

Partlayış nəticəsində Ələkbərova Çiçək Şahmar qızı qolundan yüngül yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar