Ağcabədidəki qəzalarda 2 nəfər öldü,  yaralılar var
24 dekabr 2015 13:17 (UTC +04:00)

Ağcabədidəki qəzalarda 2 nəfər öldü, yaralılar var

Dünən Ağcabədi rayonunda 2 ağır yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 23-də saat 15 radələrində Ağcabədi rayonunun Muğanlı kəndində rayon sakinləri Sərhəddin Kərimovun və Əzim Həziyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə hər 2 sürücü və S.Kərimovun 3 sərnişini xəstəxanaya yerləşdirilib, S.Süleymanova orada ölüb

 

Bundan başqa dünən saat 23 radələrində Ağcabədi şəhərində Laçın rayon sakini Bakir Rzayevin idarə etdiyi “Saipa” markalı avtomobillə rayon sakini Füzuli Məhərrəmovun idarə etdiyi “MTZ-80” markalı traktor toqquşub. Nəticədə B.Rzayevin sərnişinlərindən Lənkəran rayon sakini Umud Məcidov hadisə yerində ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

 

Hər iki faktla bağlı Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 96
avatar

Oxşar yazılar