Ağcabədidə silahlı şəxs tutuldu
02 dekabr 2014 13:16 (UTC +04:00)

Ağcabədidə silahlı şəxs tutuldu

Ağcabədidə silahlı şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Laçin rayon sakini Xosrov Əsədov saxlanılıb. Onun üzərində və evində axtarış zamanı  1 ədəd “Makarov” markalı tapança, 2 patron darağı və 142 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırılma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar