Bakının Xəzər rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, yol qəzası Aeroport şossesində qeydə alınıb.
"Mersedes" markalı avtomobil hava limanından şəhər mərkəzinə doğru hərəkətdə olarkən nasazlıq yaranıb. Sürücü qəza işıqlarını yandırıb və sürəti tam azaldıb. Bu vaxt arxadan sürətlə gələn "Opel" markalı avtomobil "Mercedes"ə çırpılıb. Taksi kimi fəaliyyət göstərən "Opel"də qadın sərnişin olub. O, qəzadan sonra başqa taksi ilə hadisə yerini tərk etsə də, sonradan 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət edib. Qadın sərnişinin xəsarətinin yüngül olduğu bildirilir.
Qeyd edək ki, "Mercedes"i polis əməkdaşı idarə edirmiş.