Adam öldürdü, 10 il cəza aldı, şikayət etdi
26 yanvar 2015 12:22 (UTC +04:00)

Adam öldürdü, 10 il cəza aldı, şikayət etdi

Bu gün Bakı Apelyasiya Məhkəməsində tanışını öldürməkdə təqsirli bilinən Rahid Qüdrətovun cinayəti işi ilə bağlı məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarı ilə Rahid Qüdrətovun apelyasiya şikayəti təmin edilməyib.

 

 

Qeyd edək ki, hadisə ötən ilin mayın 15-də baş verib. Lerik rayon sakini Qaşqay İmanovun xəstəxanada infarktdan ölməsi barədə polisə məlumat daxil olub. Aparılan araşdırma zamanı məlum olub ki, Qaşqay İmanov Bakı şəhər sakini Rahid Qüdrətov tərəfindən döyülüb və aldığı xəsarətdən ölüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahid Qüdrətova 10 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rahid Qüdrətov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143

Oxşar yazılar