Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Qardaşı arvadını öldürdü, sonra...
06 iyul 2019 09:38 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Qardaşı arvadını öldürdü, sonra...

0
Abşeronda qətl törədilib.
 
APA-nın məlumatına görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Fərhad Abdullayev qardaşının həyat yoldaşı, 1969-cu il təvəllüdlü Aybəniz Kazımovanı başından bıçaqlayaraq qətlə yetirib. F.Abdullayev daha sonra bıçaqla özünə xəsarət yetirib.
 
Xəstəxanaya yerləşdirilən F.Abdullayev polis nəzarəti altındadır.
 
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4703

Oxşar yazılar