Abşeron sakini göldə batıb
27 iyul 2013 18:16 (UTC +04:00)

Abşeron sakini göldə batıb

 

Abşeron sakini göldə batıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Sumqayıt Regional Mərkəzinə daxil olmuş məlumat əsasında Abşeron rayonu, Qaraquş qəsəbəsində süni göldə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 15 km məsafədə, nəzarət olunmayan ərazidə) batdığı ehtimal edilən 1993-cü il təvəllüdlü Tapdıq Dünyamalı oğlu İsmayılovun axtarışları yekunlaşıb.

 

T.İsmayılovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:35-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595
avatar

Yalçın UĞUR

Oxşar yazılar