Avqustun 21-də Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Saray qəsəbəsində qəsəbə sakini Fərhad Şıxəliyev evində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Araşdırma aparılır.