ABŞ yeni 100 dollarlığı dövriyyəyə buraxacağı tarixi açıqladı
29 may 2013 20:06 (UTC +04:00)

ABŞ yeni 100 dollarlığı dövriyyəyə buraxacağı tarixi açıqladı

ABŞ-ın Federal Rezerv Şurası yenidən dizayn edilmiş 100 dollarlıq əsginasların 8 oktyabr 2013-cü il tarixindən etibarən tədavülə buraxılacağını elan edib. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, mavi, 3-D təhlükəsizlik lenti kimi yeni təhlükəsizlik xüsusiyyətlərini özündə əks etdirən bu banknotların həqiqiliyini müəyyənləşdirmək ictimaiyyət üçün daha asan, onu saxtalaşdırmaq istəyənlər üçün isə daha çox çətin olacaq.

 

Banknotların yeni dizaynı 2010-cu ildə təqdim olunmuşdu, lakin istehsalla bağlı gözlənilməz gecikmə səbəbindən onun təqdimatı təxirə salınmışdı. Oktyabr ayında dövriyyəyə buraxıldıqdan sonra yenidən dizayn edilmiş əsginasların səmərəli dövriyyəsini təmin etmək məqsədilə ABŞ-ın Valyuta Təhsil Proqramı yeni dizayn edilmiş bankomatla bağlı məlumatlılığı artırmaq və onun təhlükəsizlik funksiyaları necə istifadə etmək haqqında məlumat vermək məqsədilə dünya səviyyəsində fəaliyyət göstərən təşkilatlar və istehlakçılar arasında iş aparır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937
avatar

Oxşar yazılar