[b]ABŞ səfirliyi: [/b]“Qeyri-döyüş şəraitində ölümlərin azalmasını alqışlayırıq”
18 avqust 2015 12:40 (UTC +04:00)

[b]ABŞ səfirliyi: [/b]“Qeyri-döyüş şəraitində ölümlərin azalmasını alqışlayırıq”

0

 

“Biz Azərbaycanda hərbi xidmətdə qeyri-döyüş şəraitində ölümlərin azalmasını alqışlayırıq”.

 

APA-nın məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində qeyd olunub. Səfirlik KİV-də bu barədə gedən məlumatlarla bağlı bu açıqlamanı yayıb.

 

Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçi Elçin Behbudov və müavini Elçin Şirinov müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü zamanı komitə tərəfindən aparılan monitorinqin nəticələri barədə müdafiə nazirinə məlumat verib və qeyd edib ki, Silahlı Qüvvələrdə qeyri-döyüş şəraitindəki itkilər ötən illərlə müqayisədə xeyli azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar