Bakıda hündürmərtəbəli bina tikən şirkətin rəhbərinə qarşı 100 min manatlıq dələduzluqda təqsirləndirilən Aqşin Mirzəyevin məhkəməsi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevim sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Aqşin Mirzəyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Aqşin Mirzəyev "Luxe"MMC-in şəriki Asif Bədəlova qarşı 100 min manatdan çox dələduzluq edib.
Dövlət orqanları tərəfindən şirkətinin Nərimanov rayonunda tikdirdiyi hündürmərtəbəli binanın 17 və 18 mərtəbəsinin sökülməsi qərarı verilib. Lakin Aqşin Mirzeyev Asif Bədəlova vəd verib ki, şəxsi əlaqələri ilə həmin söküntü ilə bağlı çıxarılan qərarı dəyişdirəcək A. Mirzeyev A. Bədəlovdan 100 min manat alıb. Lakin verdiyi vədə əməl etməyib. Zərərçəkənin şikayəti əsasında A. Mirzəyev saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham verilib.