ABŞ-dan Əsədə ilk real zərbə
28 fevral 2013 16:53 (UTC +04:00)

ABŞ-dan Əsədə ilk real zərbə

Vaşinqtondan suriyalı müxaliflərə 60 milyon dollar yardım

 

ABŞ Suriyada prezident Bəşər Əsədə qarşı mübarizə aparan müxaliflərə 60 milyon dollar yardım edəcək.

 

Lent .az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bunu Suriya Xalqının Dostları Qrupunun Romada keçirilən toplantısına qatılan ABŞ xarici işlər naziri Con Kerri söyləyib.

 

Con Kerri bildirib ki, ABŞ müxaliflərə qida və dərman vasitələri kimi qeyri-hərbi yardımlar göndərəcək. Bu, Suriyada qarşıdurma və döyüşlər başlanandan sonra ABŞ-ın Suriya müxalifətinə ilk real dəstəyi olacaq. Con Kerri deyib ki, ABŞ Bəşər Əsədin istefa verməsi üçün təzyiqləri artırmaq məqsədi ilə müxaliflərə ilkin yardım göndərilməsinə qərar verib.  

 

Suriya Xalqının Dostları Qrupunun Romada keçirilən toplantısına qatılan Avropa ölkələrinin də müxaliflərə yardımı artırmaları gözlənilir. Hələ ki, Almaniya müxaliflərə yardımı 5 milyon avro artırdığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1346
avatar

Oxşar yazılar