"Zəlzələ Elçin"in məhkəməsi davam etdirilib
18 fevral 2015 12:05 (UTC +04:00)

"Zəlzələ Elçin"in məhkəməsi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatdırılıb. Çıxış üçün söz dövlət ittihamçısına verilib. O, çıxışa hazır olmadığı üçün proses fevralın 20-dək təxirə salınıb.

 

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2. və 341.1. (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ( Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb və Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.

 

Onu da qeyd edək ki, ibtidai istintaq zamanı E. Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 30-da keçirilən hazırlıq iclası zamanı bu qərar dəyişdirilib. Belə ki, iclasda təqsirləndirilən şəxsin vəkili E. Xəlilovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və E. Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19