"Yekədiş" futbola qayıdır?
15 yanvar 2015 17:31 (UTC +04:00)

"Yekədiş" futbola qayıdır?

Luis Nazirio Ronaldonu futbola dönəcək.Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, "Barselona", "Real" Madrid və "İnter" kimi klublarda oynaya Braziliya millisinin keçmiş üzvü Şimali Amerika Futbol Liqasında (NASL) bir neçə oyun keçirəcək. Bir müddət öncə sözügedən liqada çıxış edən "Fort-Lauderdale Strikers"in 25% səhmlərinə sahib çıxan 38 yaşlı hücumçu indi isə yeni komandasına meydanda kömək edəcək.  "Sports Illustrated"in məlumatına görə, bu haqda braziliyalı açıqlama verib: "Yeni klubumda bir neçə oyunda iştirak edəcəyəm. Ötən illərdə digər işlərlə çox məşğul idim və futbola vaxt ayıra bilmirdim. 2014-də "TV Globo"da Dünya Çempionatının matçlarını şərh edirdim. Amma bu il futbola daha yaxın olmaq istəyirəm. Mən özümü yaxşı hiss edirəm. Bu böyük şansdır. Burda yeni tarix yazmaq və NASL-da iz saxlamaq istəyirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189

Oxşar yazılar