"Teleqüllə" sürüşmə sahəsində vəziyyət açıqlandı
29 yanvar 2018 11:26 (UTC +04:00)

"Teleqüllə" sürüşmə sahəsində vəziyyət açıqlandı

“Teleqüllə” sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, sürüşmə sahəsində nisbi stabil vəziyyət hökm sürür.

 

Onun sözlərinə görə, sürüşmə sahəsində ekspedisiyanın əməkdaşları tərəfindən buruq-qazma işlərinə başlanılacaq: “Oradan 80 faizdən çox süxur nümunələri çıxarılacaq və süxurların fiziki xüsusiyyətləri öyrəniləcək. Həm də sürüşmə müstəvisi müəyyənləşdiriləcək”.

 

Bunların əsasında ümumi məlumatın hazırlanacağını vurğulayan ekspedisiya rəisi qeyd edib ki, ərazinin topoqrafik xəritəsi hazırdır.

 

Qeyd edək ki, sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

APA Baycan

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15