"Schacman”la  "London taksisi” toqquşdu, yük maşınının sürücüsü qaçdı
15 yanvar 2015 07:29 (UTC +04:00)

"Schacman”la "London taksisi” toqquşdu, yük maşınının sürücüsü qaçdı

Paytaxtın Yasamal rayonu ərazisində "London taksisi” ilə “Schacman” markalı yük maşını toqquşub.

 

APA -nın məlumatına görə, Natiq Babayevin idarə etdiyi "London taksisi” Əbdürrəhim Bəy Haqverdiyev küçəsi ilə "İnşaatçılar" prospekti istiqamətində hərəkətdə  olarkən Ələsgər Ələkbərov küçəsi ilə hərəkət edən “Schacman” onun yoluna çıxıb.

 

Hadisə zamanı taksidə sürücüdən başqa heç kəs olmayıb. Qəza xəsarətsiz ötüşsə də, "London taksisi" yararsız hala düşüb.

 

Qeyd edək ki, hadisə yerinə yol polislərinin gəldiyini görən “Schacman” ın sürücüsü  qaçıb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222

Oxşar yazılar