(R) Daha yaxşı yaşa!
12 sentyabr 2013 17:06 (UTC +04:00)

(R) Daha yaxşı yaşa!

Azərbaycanda sərbəst bazar iqtisadiyyatına keçildikdən sonra özəl sektor yarandı, bu sektorda çoxlu sayda qeyri-dövlət şirkətləri ortaya çıxdı. Bu şirkətlərin sosial layihələri, sadə dildə desək, cəmiyyətin humanitar qayğılarına yönəlik işləri diqqəti cəlb etməyə başladı. Bazar iqtisadiyyatında hər bir şirkət pul qazana bilər, lakin həmin qazancın nə qədəri sosial layihələrə yönəlir? Əsas məsələ də budur.

 

“Azercell” şirkəti Azərbaycanda sosial sahəyə yardımlar etməkdə həmişə öncül olmuşdur. Hətta qətiyyən şişirtməyə yol vermədən Azərbaycanda bir şirkətin sosial layihələri deyərkən ilk növbədə ağıla “Azercell”in gəldiyini söyləmək olar. “Azercell” sosial layihələrə geniş miqyasda yardımlar etməyin həm pioneri olmuşdur, həm də hər zaman bu sahədə öndə getmişdir. Ölkəmizin özəl sektorunda sosial layihələrə yardım baxımından “Azercell”lə rəqabət aparacaq yəqin ki, ikinci bir şirkət yoxdur.


Ümumilikdə isə, fəaliyyətdə olduğu 16 il ərzində “Azercell”in sosial layihələrə xərclədiyi vəsaitin miqdarı 17 milyon dollara yaxındır. Bu, gənc bir şirkət üçün yetərincə böyük məbləğdir və “Azərcell”in Azərbaycan cəmiyyətinin inkişafına nə qədər önəm verdiyinin göstəricisidir.

 

“Azercell”in sosial layihələrini fərqləndirən bir neçə önəmli cəhətlər var ki, bunları belə qruplaşdıra bilərik:

 

Rəngarənglik.

 

Şirkət cəmiyyətdə ən müxtəlif təbəqələri diqqətində saxlayır, onların problemlərinin həllinə yardım edir. Məsələn, küçə uşaqlarının reabilitasiyası proqramından tutmuş, musiqi festivallarının keçirilməsində bəstəkarlara yardımlara, səyyar diş klinikası yaradılmasından rəssamların satış-sərgilərinin təşkilinə qədər cürbəcür, tamam fərqli istiqamətlər üzrə işlər görülüb. UNICEF-in iştirakıyla “Uşaq Qaynar Xətti”nin yaradılması, “Milli Kitab Mükafatı”na sponsorluq etmək və yazıçıları yeni əsərlər yaratmağa həvəsləndirmək, jurnalistlər arasında müxtəlif müsabiqələrin keçirilməsi və ən yaxşı yazarların mükafatlandırılması, həmçinin, jurnalistlərin xarici dil öyrənməsinə dəstək vermək, tələbələrə təqaüd proqramları, istedadlı tələbələr üçün öz bilik və bacarıqlarını sınaqdan çıxartmağa “Barama” layihəsinin yaradılması və sairə - bunlar “Azercell”in sosial layihələrindən çox cüzi hissəsidir. Fəaliyyət o qədər rəngarəngdir ki, hamısını sadalayıb oxucuları yormaq istəmirik. Əslində hər bir Azərbaycan vətəndaşı bu sosial layihələrlə yaxından tanışdır, sadəcə şirkət əsl messenatlıq ənənələrinə sadiq qalaraq çox zaman özünün bu layihələrdə iştirakını gözə soxmur. Necə deyərlər, sağ əlin verdiyini sol əl bilmir. Şirkət bu sahədə həmişə öz təvazökarlığı ilə seçilmişdir.

 

Ardıcıllıq.

 

“Azercell”in sosial layihələrini başqalarından fərqləndirən ikinci önəmli detal məhz bu layihələrin davamlı, arasıkəsilməz olmasıdır. Yəni, şirkət hansısa sosial qrupa, əhali kəsiminə yardımlar edərkən bunu ardıcıl etməyə çalışır, obrazlı desək, adamları yarı yolda qoymur. Bunun tipik örnəyi “Ümid yeri” Uşaq Reabilitasiya Mərkəzinə göstərilən diqqətdir. Şirkət az qala yarandığı vaxtdan – 1996-cı ildən bəri bu qurumu qanadı altında saxlayır, kimsəsiz uşaqların sığınacaq tapması, qidalanması, təhsili, cəmiyyətə qovuşması üçün əlindən gələni edir. Nəticədə ötən illərdə 1100 nəfərə yaxın kimsəsiz uşaq faktiki olaraq həyata qaytarılmışdır. “Azercell” bu uşaqların istirahət və maraqlarının təmin edilməsinə də çalışır. Məsələn, Bakının hansısa sərgi salonunda rəssamların işləri nümayiş etdirilərkən uşaqları oraya ekskursiyaya gətirirlər. Bu da “Azercell”in sosial layihələrinin üçüncü önəmli cəhətidir: hərtərəflilik.

 

 

Bu layihələrdən birinin timsalında görülən işə xırda nəzər salaq.

 

Azercell-in uşaqlara yönəlmiş sosial layihələri arasında Mobil Diş Klinikasını xüsusilə qeyd etmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, Yer kürəsində 5 milyarda yaxın insan diş problemlərindən əziyyət çəkir. Azərbaycanda  isə əhalinin 90-95 faizində kariyes var, bunun da çoxunu uşaqlar təşkil edir. Özəlliklə uşaq evlərində məskunlaşan uşaqların bu baxımdan ciddi problemləri var. Bunu nəzərə alan Azercell  2009-cu dekabrın 15-də, fəaliyyətinin 13 illiyində həmişə dəyər verdiyi uşaqlara hədiyyə təqdim etdi. Həmin gündən etibarən Azercell-in təşəbbüsü ilə uşaqlara xidmət göstərəcək “Mobil Diş Klinikası” fəaliyyətə başladı. Klinika ilk olaraq “Ümid yeri”, sonra isə Bakının və regionlardakı digər uşaq evlərində xidmət göstərməyə başladı.

 

Diş xəstəlikləri uşaqlar üçün həssas məsələdir, xüsusən süd dişləri tökülənəcən onlar daim həkim nəzarətində olmalıdır. Aparılan sosioloji araşdırmalar göstərmişdi ki, Azərbaycanda uşaq müəssisələrində stomatoloji sahədə böyük boşluq var. Mobil Diş Klinikası yaranandan cəmi bir il sonra - 2010-cu ildə klinikaya qəbul olunan uşaqların sayı 1468 nəfər olmuşdu. 2013-cü ilin əvvəlinə olan məlumata görə isə artıq 2000-dən çox uşaq klinikanın xidmətindən yararlanmışdır. “Mobil Diş Klinikası”nın səyyar kabinetləri Bakı şəhərində, Ümid Yeri uşaq evində, 7 saylı internat məktəbində, 3 saylı uşaq evində, Şəkidə və Qaxda internat məktəbində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Lənkəranda Uşaq evində, Lerik İnternat Məktəbində, Biləsuvarda və Sabirabadda Qaçqın düşərgəsində, Quba, Qusar və Balakənddə internat məktəbində ehtiyacı olan uşaqlara xidmət göstərib. Uşaq evlərindən əlavə Mobil Diş Klinikasının həkimləri bölgələrdəki aztəminatlı ailələrə də yardım göstərib. Məlumat üçün bildirək ki, iri avtomobildə yaradılan klinika ən müasir tibbi avadanlıqla təchiz olunub. Bu təkərli klinikanın Azərbaycanın istənilən bölgəsinə səfər etmək imkanı var. 

 

Şirkət bu fəaliyyətin uğurundan ruhlanaraq 2012-ci ildə daha bir humanist əmələ imza atdı - Mobil Göz Klinikası fəaliyyətə başladı. 

 

 

Təbii ki, Azərbaycan cəmiyyəti də “Azercell”in sosial layihələrə diqqətini yüksək qiymətləndirir. Məsələn, şirkət ardıcıl olaraq 3 dəfə “Heç bir uşağı diqqətdən kənar qoymayaq!” Milli İctimai Mükafatına layiq görülüb. Dəfələrlə şirkət “İlin messenatı”, “İnsan alverinə qarşı mübarizə aparan kompaniya”, “Uşaqlara qayğıya görə” və sairə bu kimi adlarda onlarla mükafatlar qazanıb.

 

“Azercell” uğurlu sosial layihələrini bu gün də davam etdirir və ənənələrinə sadiqdir. Bu ənənə isə bir əsas prinsipə söykənir: “Azercell”ə yaşamaq – daha yaxşı yaşamaq olmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21