(R) Bütün Azercell abunəçiləri üçün ümumi ödəmə kartı istifadəyə verildi
02 sentyabr 2013 17:18 (UTC +04:00)

(R) Bütün Azercell abunəçiləri üçün ümumi ödəmə kartı istifadəyə verildi

İndi SimSim və Fakturalı Xətt abunəçiləri eyni kartla balansı artıracaq

 

Artıq Azercell Telekom abunəçuləri ümumi ödəmə kartından istifadə edəcək. Sentyabrın 4-dən etibarən eyni nominallı kartı həm SimSim, həm də Fakturalı Xətt abunəçiləri yükləyə bilər.
İndi Fakturasız (SimSim) və Fakturalı Xətt sisteminə aid nömrələr üçün ayrı-ayrılıqda ödəmə kartlarını almağa ehtiyac qalmadı.

Ödəmə kartlarının nominalı

 

İstifadə müddəti

(yalnız SimSim üçün)
 

1 AZN

7 gün

3 AZN

30 gün

5 AZN

60 gün

10 AZN

90 gün

25 AZN

360 gün

50 AZN

360 gün

100 AZN

360 gün

Fakturalı xətt sisteminə aid nömrələr üçün ödəmə kartları müddətsizdir və əldə olunduğu tarixdən etibarən istənilən vaxt yüklənilə bilər.
Ümumi ödəmə kartları ilə yanaşı, abunəçilər hazırda satışda mövcud olan köhnə tipli fakturalı xətt və SimSim ödəmə kartlarından da istifadə edə bilər. Eyni zamanda, SimSim balansartırma kartları fakturalı xətt nömrələrinə də yüklənə biləcək.
Azercell Telekom MMC-nin ümumi ödəmə kartları rəsmi diler və satış məntəqələrindən yalnız nominalına uyğun qiymətə əldə edilə bilər. Abunəçilərə ödəmə kartlarını 3-cü şəxslərdən əldə etməmək, ödəmə kartının seriya və s. göstəricilərinin tamlığına diqqət yetirmək, həmçinin ödəmə kartları əldə edərkən şifrəni 3-cü şəxslərə bildirməmək tövsiyə olunur. 
Ümumi ödəmə kartları ilə yanaşı, abunəçilər alternativ vasitələrlə də balansı artıra, nömrədəki borcları ödəyə bilərlər. Abunəçilər bütün bank və poçtlardan, nağd pul vasitəsilə ödəmə kiosklarından (MilliÖn), o cümlədən kredit və ya debit kartları (VISA, VISA Electron, Cirrus/Maestro, MasterCard/Eurocard) vasitəsi ilə ATM (bankomatlar) üzərindən, www.azercell.com rəsmi İnternet səhifəsindən, həmçinin köçürmə yolu ilə və Mobil Bank xidməti vasitəsi ilə də ödəmələri həyata keçirə bilərlər.

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

 

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28