Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin DoğmaCİN tarif planı bölgələrdə yaşayan abunəçilərin ən sərfəli mobil rabitə xidmətlərindən istifadə etməsinə imkan yaradır. Şirkət DoğmaCİN tarif planı çərçivəsində Bakcell abunəçilərinə çox sərfəli danışıq xidməti təklif edən yeni kampaniyaya start verir.
Bu kampaniyanı abunəçilərə təqdim etmək üçün DoğmaCin tarif paketinin siması, tanınmış aparıcı və aktrisa Dilarə Əliyevanın iştirakı ilə Xaçmaz, Mingəçevir və Zaqatalada konsert proqramları təşkil olunub və yeni reklam çarxları çəkilib.
Qeyd edək ki, yeni kampaniya çərçivəsində DoğmaCİN abunəçiləri öz aralarında 1 saatlıq danışıq üçün cəmi 2 qəpik ödəyir. Bunun üçün abunəçi “sevimli nömrə”sini seçərək aktivləşdirə (*109#1#10 rəqəmli nömrə#yes yığmaqla) və saatı 2 qəpiyə danışa bilər. “Sevimli nömrə”nin ilk dəfə aktivləşdirilməsi PULSUZDUR, ikinci dəfədən başlayaraq 0.5 AZN təşkil edir.
Ainur Abjanova, Bakcell-in Baş Marketinq Direktoru - “Artıq bir il yarımdır ki, bölgələrdə yaşayan və Bakcell xidmətlərindən istifadə edən sakinlər ölkənin bəlkə də ən sərfəli tarifi olan DoğmaCİN-dən yararlanırlar. Həmin tarifdə şəbəkədaxili zənglərin qiyməti 2 qəpik, şəbəkəxarici zənglərin qiyməti isə sadəcə 4 qəpik təşkil edir. İndi isə, Bakcell şirkəti DoğmaCİN tarifinin şərtlərini daha da sərfəli edərək, Sevimli nömrə seçib həmin nömrəyə saatı 2 qəpik qiyməti ilə zəng etmək imkanını yaradıb”.
Kampaniya ilkin olaraq Xaçmaz, Mingəçevir və Zaqatalada yaşayan Bakcell abunəçilərinin istifadəsinə verilib, sentyabr ayının 1-dən etibarən isə bütün bölgələrin əhalisi “DoğmaCİN”in sərfəli tarifindən yararlana bilərlər.
“DoğmaCİN”in yeni sərfəli tarifi haqqında ətraflı məlumatı bu linkə daxil omaqla əldə etmək olar: http://www.bakcell.com/az/dogmacin#lovelynumber