İbrahimbəyov MSK-nı məhkəməyə verəcək
27 avqust 2013 19:05 (UTC +04:00)

İbrahimbəyov MSK-nı məhkəməyə verəcək

Rüstəm İbrahimbəyov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verəcək. Bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında Rüstəm İbrahimbəyov özü bildirib.

 

R. İbrahimbəyov MSK-nın onun namizədliyini qeydə almamasını qeyri-qanuni adlandırıb: “MSK bu barədə düzgün qərar çıxarmayıb. Ona görə də, mən onları məhkəməyə verməyə hazırlaşıram”.

 

MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev isə APA-ya deyib ki, MSK-nın sözügedən qərarı əsassız deyil: “Qərar Azərbaycanın və Rusiyanın rəsmi dövlət qurumlarına göndərilmiş sorğuların rəsmi cavablarına əsasən verilib. Bizim üçün ölkə Konstitusiyası və seçki qanunvericiliyi əsasdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635
avatar

Oxşar yazılar