"Hacı Mazan"a "pul atan" klinika rəhbəri şikayətçidir
22 may 2017 11:23 (UTC +04:00)

"Hacı Mazan"a "pul atan" klinika rəhbəri şikayətçidir

0

 

"Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimov birinci instansiya məhkəməsinin  hökmündən apellyasiya şikayəti verib.

 

Lent.az-ın məlumatına görə, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası  mayın 24-ə təyin edilib.

 

Xatırladaq ki, "Medi Sina” klinikasının sahibi M.Həşimov iş adamı Ramazan Zeynalova qar.; (“Hacı Mazan“) 163 min manatlıq dələduzluq edib. “Hacı Mazan“ müqavilə əsasında klinikanı M.Həşimova icarəyə verib. Daha sonra zərərçəkənin şikayəti üzrə M. Həşimov həbs edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

 

Xatırladaq ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi. “Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Həşimov 9 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar