"Günəşli"də xəsarət alan neftçilərdən 5-i evə buraxıldı
16 dekabr 2015 14:01 (UTC +04:00)

"Günəşli"də xəsarət alan neftçilərdən 5-i evə buraxıldı

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 5 nəfəri evə buraxılıb. 

 

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, evə buraxılan neftçilər – Allahverdi Məmmədov, Kamran Tarıverdiyev, Vidadi Sarıyev, Bəhruz Babayev və Coşqun Qarayevdir.

 

A. Fətəliyeva qeyd edib ki, hazırda xəstəxanada olan 25 neftçinin müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 128
avatar

Oxşar yazılar