Kamal Qulizadənin evindən oğurluq etmiş Bakı şəhər sakinləri saxlanılıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 20-də K.Qulizadənin evindən geyim əşyaları oğurlamış Bakı şəhər sakinləri Bəxtiyar Musazadə və Salam Hüseynli tutulub.
Bundan başqa, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Mikayıl Ağayevə məxsus mağazadan mobil telefon aksesuarları və 5 ədəd sim nömrə oğurlamış Gəncə şəhər sakinləri Zorxan Rzayev və Həsən Heydərov tutulub.