<span style="color:red;">Məhkəmədən qərar:  ana körpəsinə süd verməməlidir
24 aprel 2014 15:38 (UTC +04:00)

Məhkəmədən qərar: ana körpəsinə süd verməməlidir

Bakının Xəzər rayon Məhkəməsində baxılan boşanma işi zamanı hakim anaya öz körpəsinə süd verməyi qadağan edib. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, ananın hələ subay ikən HİV-ə yoluxduğu ilə bağlı məlumatı olsa da,  bunu ərindən gizlədib. Cütlüyün övladı dünyaya gələndən sonra ər arvadının HİV-ə yoluxduğunu öyrənib. Arvadının yalanını üzə çıxaran ər məhkəmədə HİV daşıyıcısı olan həyat yoldaşına qarşı boşanma iddiası qaldırıb.

Boşanma işinə baxan hakim qadının HİV-ə yoluxduğunu və körpənin də ana südündən HİV-ə yoluxa biləcəyi təhlükəsini nəzərə alaraq, qadına körpəsini əmizdirməyi qadağan edən qərardad çıxarıb.

Beş aylıq olan körpə bundan sonra anasının südünü əmməkdən məhrum olacaq.

Hazırda boşanma iddiası üzrə iş davam edir.

Qeyd edək ki, Qan testi nəticəsində ərin və körpənin HİV-ə yoluxmadığı məlum olub.

# 1220
avatar

Oxşar yazılar