<span style="color:red;">Kürdəmirdə reyd:  sürücülər polislərlə mübahisə etdilər
16 aprel 2014 14:00 (UTC +04:00)

Kürdəmirdə reyd: sürücülər polislərlə mübahisə etdilər

Kürdəmirdə iri və xırdabuynuzlu heyvanların müşaiyyətedici baytarlıq sənədi olmadan rayon daxilində və tranzit olaraq, daşınmasının qarşısını almaq məqsədilə reyd keçirilib. APA TV-nin məlumatına görə Kürdəmir rayon Baytarlıq İdarəsinin və Kürdəmir rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı mal-qaranı satış üçün heyvan bazarına aparan yük maşınları saxlanılaraq, yoxlamalara cəlb edilib. Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin müvafiq əmrləri ilə yerlərdə baytarlıq fəaliyyətini gücləndirmək məqsədilə keçirilən maarifləndirmə və nəzarət xarakterli reyd zamanı 30-a yaxın yük avtomobili saxlanılıb, heyvanlar baytar həkimlər tərəfindən kliniki baxışdan keçirilib, sürücülərə və mal-qara sahiblərinə tətbiq edilən yeniliklər barədə məlumat verilib, onlar müvafiq dövlət rüsumlarını ödəməklə müşaiyyətedici baytarlıq şəhadətnaməsi əldə ediblər. Reyd zamanı müvafiq baytarlıq sənədi olmadan mal-qaranın daşınması ilə məşğul olan şəxslər 20 manatdan 25 manatadək cərimələnib. Reydin keçirilməsində əsas məqsəd müşaiyyətedici baytarlıq sənədi olmadan heyvanların rayon daxili və tranzit danışmasının qarşısını almaq və bu yolla mal-qara arasında epizotik duruma nəzarəti gücləndirmək, müxtəlif yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqdır.

 

Reyd zamanı mal-qara daşıyan bəzi yük avtomobillərinin sürücüləri polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq, qaçmağa cəhd göstərsə də, bunun qarşısı alınıb. Bəzi sürücülərin daşıdığı heyvanların müvafiq baytarlıq sənədinin olmaması ilə yanaşı özlərinin sürücülük vəsiqəsinin və digər lazımi sənədlərinin olmadığı aşkarlanıb, onlar barəsində polis əməkdaşları tərəfindən lazımi tədbirlər görülüb. Reydin gedişində sürücülərlə baytarlıq xidməti əməkdaşları arasında mübahisələr də yaşanıb.

 

Kürdəmir rayon baytarlıq idarəsinin və hüquq-mühafizə orqanlarının keçirdiyi bu reyd respublikada ilk dəfə təşkil olunub. Gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

# 1187
avatar

Oxşar yazılar

Azərbaycanda polis faciəvi şəkildə  öldü - YENİLƏNİB

Azərbaycanda polis faciəvi şəkildə öldü - YENİLƏNİB

17 may 2024 , 13:32
Məktəbli  qızı öldürən   azərbaycanlı həbs olundu

Məktəbli qızı öldürən azərbaycanlı həbs olundu

17 may 2024 , 12:51
İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

17 may 2024 , 12:00
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

17 may 2024 , 11:47
Bir günə 10-dan çox adamın 20 min manatı  ələ keçirildi

Bir günə 10-dan çox adamın 20 min manatı ələ keçirildi

17 may 2024 , 11:25
Nəsib Mehdiyev Bakı aeroportunda   saxlanıldı

Nəsib Mehdiyev Bakı aeroportunda saxlanıldı

17 may 2024 , 10:41
Gəncədə kişi qazdan boğulub öldü

Gəncədə kişi qazdan boğulub öldü

17 may 2024 , 09:20
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

17 may 2024 , 08:25